Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”ı məğlub edib

  • By ilhame
  • 24 Dekabr 2023 12:28

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, ötən gündən təxirə salınmış matçda “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Saat 12:00-da başlanan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə Ayxan Quseynov fərqlənib.

Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-ə çatdırıb və “Sabah”la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla beşincidir.

Qeyd edək ki, matç ötən gün işıq dirəklərinin birinin aşması nəticəsində təxirə salınmışdı.

Gununsesi.info