Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

  • By ilhame
  • 21 Oktyabr 2023 22:51

Goranboy şəhərində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Gununsesi.info-nun məlumatına görə, “NİVA” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Ə.Tağıyev, 1987-ci il təvəllüdlü A.Tağıyev və daha 1 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info