Kobaxidze: Əliyevlə görüşmək şərəfinə nail oldum

  • By Günel
  • 11 Noyabr 2024 20:00

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Qlobal problemlər, regional dinamika və gələcək əməkdaşlıq istiqamətləri üzrə məhsuldar müzakirələr apardıq.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazıb.

O, həmçinin qeyd edib ki, Gürcüstan Cənubi Qafqaz regionunda təhlükəsizliyin, sülhün və sabitliyin təşviqində Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq.

Gununsesi.info