Muxtar Babayev Antonio Quterreşlə görüşdü

  • By Günel
  • 11 Noyabr 2024 21:29

COP29-un prezidenti Muxtar Babayev BMT Baş katibi Antonio Quterreşlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

M.Babayev Quterreşlə qlobal iqlim fəaliyyətini sürətləndirmək üçün liderlərin COP29-da qəbul etməli olduğu təxirəsalınmaz iqlim prioritetlərini müzakirə edib.

“Müzakirələrdə əsas diqqət iqlim maliyyələşdirməsinin artırılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəldilib”, – paylaşımda deyilir.

Gununsesi.info