Gəncədə kanalizasiya xətti partlayıb.
Gununsesi.info xəbər verir ki, kanalizasiya xətlərində qaynaq işləri aparılan zaman anidən partlayış qeydə alınıb. Bu zaman 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-ci il təvəllüdlü Ərəstun adlı şəxs və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə aidiyyatı qurumlara əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.











