Ədliyyə generalı Tərtərə prokuror göndərildi

  • By Admin2
  • 02 Fevral 2026 13:47

Tərtər rayonuna yeni prokuror təyin edilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyev bununla bağlı müavifiq Əmr imzalayıb.

Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib.

Qeyd edək ki, Tərtərin əvvəlki prokuror Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub. (qafqazinfo)

Gununsesi.info