Lənkəranda ev yandı - Ölən var

Lənkəranda fərdi yaşayış evində yanğın olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Rəfi Firdovsi oğlu Rəhimova məxsus ümumi sahəsi 400 kvadratmetr olan 2 mərtəbəli evdə yanğın olub.

Hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Aparılan kəşfiyyat zamanı ev sahibi R.Rəhimovun meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info