77 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.
Gununsesi.info xəbər verir ki,hadisə Qax rayonunun Güllük kəndində baş verib.Həmin kənd sakini 1949-cu il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlu yolu keçmək istəyən vaxt onu minik avtomobili vurub.Hadisə zamanı ağır bədən xəsarətləri alan A.Əliyev hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.











