Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Gəncədə növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tədbiq olunan növbəti sərt karantin rejimi nəzərə alınaraq şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində yenidən gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

Gununsesi.org-un “Report”a istinadla məlumatına görə, işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar.

Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” Park-bulvar kompleksi, Xan bağı və Nəriman Nərimanov parkının ərazisi xüsusi kimyəvi məhlulla yuyulub.

Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Qeyd edək ki, dezinfeksiya işləri yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılır və gündəlik olaraq davam etdirilir.

COMMENTS