İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 107 nəfər vəfat edib.
Gununsesi.org-un xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 8 min 837 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 min 472 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 187 min 427 nəfərə çatıb. İndiyədək virusa yoluxan 148 min 674 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2781 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Gununsesi.org
COMMENTS