Türkiyədə zəlzələ nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb.
Gununsesi.org-un APA-ya istinadla məlumatına görə, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Karlova qəsəbəsinin Kaynarpınar kəndindəki jandarmanın müşahidə qülləsinin uçduğunu, bir nəfərin dağıntılar altında qaldığını, iki nəfərin isə yüngül xəsarət aldığını bildirib.
Bingöl valisi isə deyib ki, Dinarbey və Elmali kəndlərində 10 ev çöküb, 4 nəfər dağıntı altından çıxarılıb.
Gununsesi.org
COMMENTS