Çinin şərqindəki Tai Jou şəhərində neft məhsulları daşıyan avtomobilin partlaması nəticəsində həlak olanların sayı artıb.
Bu barədə Gununsesi.org TASS-a istinadən xəbər verir.
Məlumata görə, partlayış nəticəsində xəsarət ölənlərin sayı 20 nəfərə çatıb.
Hakimiyyət orqanları bildiriblər ki, hadisə yerində axtarış-xilasetmə işləri artıq başa çatıb. Bununla belə, fövqəladə xidmətlərin əməkdaşları hadisənin fəsadlarının aradan qaldırılması ilə məşğul olurlar.
Qeyd edək ki, hadisə iyunun 13-də Şenyan-Xaykou şosesində Tayçjou şəhər dairəsinin Venlin qəsəbəsi ərazisində baş verib. Partlayış zamanı 170-dən çox insan xəsarət alıb.
Qəza yerinə yüzlərlə yanğınsöndürən, altı təlim görmüş it, xilasedicilər, tibb işçiləri, polis əməkdaşları cəlb edilib.
Gununsesi.org
COMMENTS