Xəzərdə 4 otaqlı ev yanıb

Xəzərdə 4 otaqlı ev yanıb

Xəzər rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org

COMMENTS