Gəncədə təmirinə ehtiyac duyulan idman obyektləri arasında şəhər stadionu ilk sıradadır.
Burada gəncəli azarkeşlərin könül verdiyi “Kəpəz” futbol klubu ev oyunlarını keçirir. Yarım əsrdən çox yaşı olan arena 1962-ci ildə tikilərək istifadəyə verilib. İdman qurğusu “Kəpəz”in sələfi “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb. Gəncə futbolunun tarixini özündə yaşadan stadionda müxtəlif vaxtlarda təmir-bərpa işləri aparılsa da, bu, yalnız kosmetik xarakter daşıyıb. Odur ki, arenada köklü şəkildə yenidənqurmaya ehtiyac var. Bu səbəbdən 25 000 tamaşaçı tutumuna malik stadion Dövlət Proqramına salınıb.
Gununsesi.org GancaPost.info-ya istinadən xəbər verir ki, “Kəpəz”in Müşahidə Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərov KəpəzTV-yə açıqlamasında stadionla bağlı məsələyə toxunub.
Müşfiq Cəfərovun sözlərinə görə, şəhərin əsas stadionunda hazırda yenidənqurmaya ehtiyac var.
“Ümid edirəm ki, stadionun təmiri ilə bağlı 2020-ci ildə bu məsələ öz həllini tapacaq”.
Gununsesi.org
COMMENTS