SMS-lə icazə alıb parka gedə bilərik?- RAMİN BAYRAMLI AÇIQLADI

SMS-lə icazə alıb parka gedə bilərik?

“Öncəki məhdudiyyətlərdən fərqli olaraq, SMS-icazə vasitəsiylə çıxışa icazə verilən müddətdə park, bulvar açıq olduğuna görə insanlar ora gedə biləcəklər”.

Gununsesi.org xəbər verir ki, bunun TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Qurum rəhbəri bildirib ki, bunun üzərində işlənilir:

“Yəqin ki, digər qurumlarımız tərəfindən əlavə məlumatlar veriləcək. Saatları insanların bir arada sıx toplaşmaması baxımından tənzimlənəcək şəkildə icazə mümkün olacaq. Necə ki, SMS vasitəsiylə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, həkimə gedib-gəlməyimiz müəyyən olunurdu, məsələyə bu çərçivədə yanaşılacaq. Sabah əlavə məlumat və geniş izahatı veriləcək”.

 

 

Gununsesi.org

COMMENTS