Nikita Xruşşovun oğlu ABŞ-da vəfat edib

Nikita Xruşşovun oğlu ABŞ-da vəfat edib

Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuş Nikita Xruşşovun oğlu Sergey Xruşşov 84 yaşında ABŞ-da vəfat edib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə SSRİ-nin keçmiş rəhbərinin nəvəsi – Nina Xruşşova məlumat verib.

S.Xruşşovun ölümünün səbəbləri açıqlanmır.

Sergey Xruşşov 1935-ci ildə Moskvada anadan olub. Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.

1991-ci ildə ABŞ-a köçüb. Braun Universitetində “soyuq müharibə”nin tarixi üzrə mühazirələr oxuyub. Qısa müddətdən sonra ABŞ vətəndaşlığı alıb.

Gununsesi.org

COMMENTS