Mingəçeviri “satın alan” rəis kimdir?- SALEH ABDULLAYEVİN "TOPDAĞITMAZ" ƏMLAKI

Mingəçeviri “satın alan” rəis kimdir?

Bölgələrdə olan bir çox məmurların, varidatı paytaxtdakı yüksək çinli oliqarx-məmurlardan da heç də geri qalmır.

Gununsesi.org bildirir ki, bu fikir “Dünyanin Səsi” portalının “Azərişıq”ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayevlə bağlı araşdırmasında əks olunub.

Sayt Saleh Abdullayevin əmlakının bir hissəsini təqdim edib:

 

-Mingəçevir şəhərinin İslamzadə küçəsində-Kür çayının yaxınlığında 3 böyük villa;

-Sağ sahil yaşayış massivində “Ana Kür Place” adlı şadlqı sarayı və mebel salonu;

-H.Əliyev prospektində üç mərtəbli “Səadət ” şadlıq sarayı+mərasim zalı;

-M.Maqomayev küçəsində binanın birinci mərtəbəsində böyük obyekt(hazırda “Təmiz qaz”a yüksək qiymətə icarəyə verilib);

-S.Vurğun küçəsində Məşğulluq Mərkəzinin keçmiş iki mərtəbəli binası(hazırda “Qaçqınkom”un nümayəndəlikləri yerləşir.Yəqin icarədar kimi);

-Şəhərin düz mərkəzində-ən bahalı yerdə qiyməti təxminən yarım milyon manat olan villa;

-Mingəçevir şəhəri, 20 yanvar küçəsində “köhnə mebelni” adlanan binada avro-təmirli 5 otaqlı mənzil;

-Kür çayının sağ sahilində yeni otel layihəsi üçün böyük torpaq sahəsi;

-Şəhərin “Lakavarka” deyilən hissəsində 1 ha torpaq sahəsi(sotu təxminən 8-10 manat);

-Mingəçevir Polis şöbəsində işləyən oğlu-baş leytenant Aydın Abdullayevin hər gün işə sürdüyü 99-AA-018 dövlət nömrə nişanlı son model BWW maraklı avtomobil;

-Qiyməti 100 mindən artıq olan son model “Nissan-Patrol” maraklı avtomobil;

-Range Rover;

-“Merseds”-S600

-Bakının müxtəlif ünvanlarında, o cümlədən Yasamal rayonu ərazisində yerləşən “Novostroyka”larda bir neçə təmirli mənzil;

-Bakı şəhərində “Avto-salon”;

Saleh Abdullayevin rəhbərlik etdiyi qurumun daxilində həyata keçirdiyi idarəetmə mexanizmləri və kadr təyinatlardan isə əməlli-başlı kitab yazmaq olar.

Onunla bağlı araşdırmada üzə çıxan daha bir məqam isə rəhbərlik etdiyi strukturda qohm-əqrabasını işlətməsidir ki, bu da  “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. 

Hətta,ötən il məmur-oliqarx Saleh Abdullayevin adı başqa bir qalmaqalda da hallanmış və mətbuat səhifələrinə çıxmışdı. Söhbət Mingəçevirdə Yeni köçkün qəsəbəsindəki 144 min 904 manat dəyərində olan 750 KVA-lıq dizel genratorunun saxta sənədlə götürülərək naməlum istiqamətə aparılmasından gedir.

Amma nədənsə “Azərişıq” rəhbərliyi hələ ki, susqunluq nümayiş etdirir…

Son aylarda ölkə başçımız cənab İlham Əliyevin qanunsuz əməllərlə məşğul olan məmurlara qarşı sərgilədiyi barışmaz mövqe hər kəsdə böyük inam yardıb ki, özbaşınalıq edən məmurlara arxasının kim olmasından asılı olamayaraq sərt şəkildə cəzalandırılır.

Mövzuya qayıdacağıq…

Redaksiya olaraq yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

Gununsesi.org

COMMENTS