Fransada silahlı insident olub.
Bu barədə Gununsesi.org “Report”a istinadən xəbər verir.
Məlumata görə, hadisə ölkənin qərbindəki De-Sevr departamentinin Sen-Varan kommunasında qeydə alınıb. Belə ki, bir nəfər müəssisədə atəş açaraq üç insanı öldürüb, daha bir nəfəri yaralayıb.
Qeyd edilir ki, kişi işçi müşavirə zamanı zorla müəssisəyə soxulub. Bundan sonra o intihara cəhd göstərib.
Cinayətkarın şirkətin əməkdaşı olub-olmaması hələ məlum deyil. Şirkətin adı açıqlanmır, ancaq bildirilir ki, müəssisə mərmər hasilatı ilə məşğul olur.
COMMENTS