Niderland kraliçası geyiminə və maska taxmadığına görə tənqid olundu- FOTO

Niderland kraliçası geyiminə və maska taxmadığına görə tənqid olundu

Niderland kraliçası Maksima maska taxmadan və ucuz geyimdə yerli xəstəxananı ziyarət edib. Bununla da tənqid hədəfinə tuş gəlib.

Gununsesi.org-un məlumatına görə, bu barədə “HelloMagazine” xəbər yayıb.

Sosial şəbəkə istifadəçiləri “Ondan başqa bütün dünyanın yoluxa biləcəyinə inanan daha bir şəxs”, “O, cəsarətli deyil, düşüncəsizdir”, “O, başqalarına virus ötürə bilmə ehtimalına görə maska taxmalı idi” kimi rəylərlə öz narazılıqlarını bildiriblər.

Kraliçanın H&M firmasından 39 funt sterlinq (81 AZN) dəyərində olan qəhvəyi rəngli geniş qollu libası da diqqətdən kənarda qalmayıb. İstifadəçilər onun paltarını kağız paketə bənzədiblər.

“Çox ucuz material”, “Eybəcər don”, “H&M firmasından daha yaxşısını tapmaq mümkün deyildimi”, “Zövqsüzlük” kimi şərhlər yazılıb.

 

 

 

Gununsesi.org

COMMENTS