Yəməndə hərbi bazaya raket atıldı, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi öldü

Yəməndə hərbi bazaya raket atıldı, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi öldü

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Saqir bin Əzizə sui-qəsd edilib.

Gununsesi.org İsrail KİV-inə istinadən xəbər verir ki, Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökuməti sui-qəsd cəhdinə görə qiyamçı husilərdən qisas alacaqlarını açıqlayıb.

Bildirilib ki, gecə saatlarında Yəmənin Marib əyalətindəki hərbi bazaya husilər iki raket atıb. Hərbi rəhbərlik xəsarət almasa da, 6 hərbçi, o cümlədən Baş Qərargah rəisinin oğlu və qardaşı oğlu da ölüb.

Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi ölənlərinə ailəsinə başsağlığı verib.

Ölkə parlamentinin sədri Sultan əl-Brakani günahkarların tapılıb cəzalandırılacağını vurğulayıb.

 

 

Gununsesi.org

COMMENTS