“Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub”.
Həmçinin bəlli olub ki, 2015-ci ilin iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.
Azadlıq radiosunun əməkdaşı Xarici İşlər Nazirliyindən nazirin illik maaşının 30 min manat olduğunu nəzərə alaraq, məmmədyarovların bu qədər baha qiymətə olan mənzili necə almasına dair suala aydınlıq gətiməsini xahiş edib.
Ancaq nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Xarici işlər nazirinin və nazirlikdə işləyən şəxslərin şəxsi məsələsini şərh edə bilmərəm”.
Gununsesi.org
COMMENTS