“Masada Azərbaycanın strateji müttəfiqinin əyləşməsindən təbii nə ola bilərdi ki?! – Polad Mehdiyev

“İspaniyanın Qranada şəhərində oktyabrın 5-ə planlaşdırılan beştərəfli görüşdə Azərbaycanın iştirakdan imtina etməsi doğru addımdır”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış hüquqşünas Polad Mehdiyev bildirib. O, xatırladır ki, görüş  Avropa Birliyinin Siyasi Sammiti çərçivəsində Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilməli idi.

“Əslində bu hansısa format deyil, liderlərin sülh prosesi ilə bağlı fikir mübadiləsi üçün nəzərdə tutulmuşdu. Amma biz 19 sentybarda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra Fransanın qərəzli, ermənipərəst mövqeyinin daha kəskin xarakter aldığını gördük, habelə Almaniya siyasi rəhbərliyinin də ona yaxın bəyanatlar səsləndirməsini təəssüflə izlədik. Təəccüb doğuran məqamlardan biri isə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin də tərəfsizliyini pozaraq Azərbaycana qarşı səsləndirdiyi ifadələri idi. Ölkəmizə qarşı heç bir əsası olmadan, ortadakı real faktları nəzərə almadan, xüsusi ilə BMT-nin Qarabağda montorinq aparmış missiyasının rəyinə əhəmiyyət vermədən “etnik təmizləmə” kimi qarayaxmaları təkrarlamaq Azərbaycan rəhbərliyində haqlı etiraz doğurmalıydı”.

P.Mehdiyev vurğulayır ki, bunlara rəğmən, Azərbaycan həmin görüşdə Türkiyə liderinin iştirak etməsini təklif etməklə konstruktiv mövqe nümayiş etdirib:

“Təkcə onu  qeyd etmək lazımdır ki, Fransanın Ermənistana hərbi-siyasi dəstəyi, Xarici işlər naziri Ketrin Kolonnanın İrəvanda verdiyi bəyanatlar rəsmi Bakıya görüşdən imtina etmək üçün tutarlı əsaslar verir. Təsəvvür edin, Avropa İttifaqı ölkələri münaqişəli bölgələrdə tərəflərdən birinə silah satmamaq öhdəliyinə malikdir. Amma Fransa təmsil oldunuğu mötəbər beynəlxalq təşkilata belə hörmət etmir, Ermənistanın hərbi ehtiyaclarını öyrənir, səfirliyə hərbi attaşe təyin edir və s. Ümumiyyətlə, Makron hökuməti Qərbin Qarabağ münaqişəsindəki vasitəçilk səylərinə ağır zərbə endirdi. Hesab edirəm ki, ABŞ, Avropa İttifaqı Fransa rəhbərliyinin birətərfli, qərəzli hərəkətləri barədə ciddi düşünməlidirlər”.

Türkiyə liderinin görüşdə iştirakı ilə bağlı Azərbaycanın tələbinə gəlincə, hüquqşünas bildirdi ki, bu tamamilə təbiidir: “Masada əyləşən 3 lider Ermənistanı açıq şəkildə müdafiə edir, Azərbaycana qarşı tam qərəzli mövqe nümayiş etidirlər. Bu zaman masada Azərbaycanın strateji müttəfiqinin əyləşməsindən təbii nə ola bilərdi ki?!”

Polad Mehdiyev qeyd edir ki, Azərbaycan beşli görüşdə iştirak etməməklə bütövlükdə Qərbin Bakı-İrəvan arasında sülh prosesində iştirakını bloklamır. “Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Olaf Şoltsa telefon söhbətində Bakının bu barədə mövqeyini çatdırdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqının həyata keçridiyi Brüssel formatını dəstəkləyir və bu çərçivədə sülh müzakirələrinin davam etdirilməsində maraqlıdır”, – o vurğulayıb.

 

 

Elmar

Gununsesi.info