Masallıda həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

 

Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

 

Hadisə şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır.

Gununsesi.info