Uzun illərdir ki, mövcud hakimiyyətin siyasi dəstəkçisi olan “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz özünün sosial şəbəkə hesabında gözlənilməz açıqlama yayıb.
Gununsesi.org bildirir ki, Yunus Oğuz yaxın zamanlarda vətəndaşlıqdan intina edəcəyinə dair anons yazıb: “Əziz dostlar! Çox az qalıb, Cənab prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müracitimdə bildirəcəm”.
Qeyd edək ki, Yunus Oğuz Prezidentin bu yaxınlarda vəzifədən azad etdiyi köməkçisi Əli Həsənovun qohumudur.
Gunay
Gununsesi.org
COMMENTS