
Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası Azərbaycanla sərhəddə yerləşən Qaragölə baş çəkib.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bununla bağlı missiyanın rəsmi X səhifəsində paylaşım edilib.
Missiyanın rəhbəri Markus Ritter də Gorusda olub.
“İndiyə qədər Avropa İttifaqının Ermənistandakı Missiyası Ermənistan-Azərbaycan sərhədində 2300-dən çox patrul gerçəkləşdirib”, – deyə qeyd olunub.