Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi – 3” layihəsinə başlayır – Müsabiqə ELANI

  • By arzu
  • 07 Dekabr 2020 18:49

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi – 3” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə elan edir.

Ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya ixtisasları üzrə yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş gənclər Miqrasiya Məktəbində iştirak üçün dəvət olunurlar.

Məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz.
İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaq.
Proqramda iştirak üçün sənədlər 19 dekabr 2020-ci il tarixədək elektron poçt (migrationschool@migration.gov.az) vasitəsilə qəbul olunur.

Konsepsiya sənədi

9 yanvar 2021-ci il – 3 iyul 2021-ci il

Dövlət Miqrasiya Xidmətinin inzibati binası

Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202.

(Metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında)

Miqrasiya Məktəbinin məqsədi

Məktəb gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədi daşıyır.

Miqrasiya Məktəbi çərçivəsində iştirakçılar miqrasiya prosesləri, miqrasiya axınlarının idarə olunması, miqrasiya siyasətinin formalaşdırılması, müxtəlif kateqoriyalardan olan miqrantlara münasibətdə tətbiq olunan yanaşmalarla tanış ediləcəkdir.

Proqram çərçivəsində miqrasiyanın cəmiyyətə ictimai, siyasi və iqtisadi təsirlərinin öyrənilməsi, həmçinin beynəlxalq tendensiya və çağırışlar barədə məlumatlandırılma vasitəsilə maraqlı şəxslərin bu sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması və miqrasiya üzrə araşdırmaların dəstəklənməsi əsas hədəflərdəndir.

Əhatə dairəsi

6 ay davam edəcək Miqrasiya Məktəbində miqrasiyanın müxtəlif sahələrinə həsr olunmuş 33 təlim keçiriləcəkdir. İştirak üçün seçilmiş şəxslər miqrasiya üzrə ümumi məlumat, beynəlxalq səviyyədə idarəetmə, Azərbaycan Respublikasının bu sahə üzrə təcrübəsi, həmçinin hüquqi və institusional baza barədə nəzəri biliklər əldə edəcəkdir. Eyni zamanda, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin (DMX) müvafiq struktur bölmələrinin işi ilə tanış olmaq imkanı əldə edəcək, eləcə də DMX və ya onun beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunan digər təlim və tədbirlərdə iştirak edəcəklər. Proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcəkdir.

Hədəf qrupları

Proqram hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yeni bitirmiş şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlimçilər

Təlimlər DMX-nın müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq təlimçilər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcəkdir.

Proqramın strukturu

Proqramın tədris planı (əlavə 1) üç əsas hissədən ibarət olacaqdır:

  • Miqrasiya ilə tanışlıq;
  • Nəzəri biliklər;
  • Praktiki bacarıqların artırılması.

Proqramda iştirak ödənişsizdir və təlimlər Azərbaycan dilində keçiriləcəkdir.

İştirakçıların seçimi

Seçim iki mərhələdən ibarətdir. Birinci mərhələdə müvafiq qeydiyyat formasındakı məlumatlar yazılaraq təqdim edilir. İlkin seçimdən keçmiş şəxslər müsahibəyə cəlb olunacaqdır. Seçim üçün əsas meyar dünyagörüşü, məntiqi düşüncə və xarici dil bilikləri olacaqdır.

Gununsesi.org