Üç gündür Atletlər kəndində karantində saxlanılan Fidan Hüseynova:"Dərmanları özümüzə aldırırlar"

Üç gündür Atletlər kəndində karantində saxlanılan Fidan Hüseynova:

Koronavirusa yoluxan vətəndaşlardan biri də Fidan Hüseynovadır.

 

365.az bildirir ki, Fidan Hüseynova dünən öz Facebook hesabından bu barədə məlumat yayıb və bildirib ki, o və ailəsi artıq 3 gündür Atletlər kəndinə gətirilib və karantində saxlanılırlar.

Lakin bu 3 gün ərzində onlara heç bir tibbi yardım göstərilməyib. Hətta dərman prepatlarını da vətəndaşn özünə aldırıblar. Yəni öz hesabına alıb. Halbu ki, dövlət bütün müalicə və dərman xərclərini qarşılayır! Bundan başqa onun anasını da bura gətiriblər və ona da heç bir tibbi yardım göstərilməyib. Hətta adi əzələdaxili iynə belə vurulmayıb.

Fidan Hüseynovanın yazdığı məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:

“Axshamınız xeyir dostlar. Bildiyiniz qədər artıq 3-cü gündü mən və usaqlarımı analizin cavabı pozitiv çıxdığına görə Atletlər kəndinə gətiriblər! Ümumi məlumat vermək istərdim. Vəziyyət o qədər də yaxşı deyil, yeməklə təmin edirlər sadəcə! Dava dərmanları özümüzə aldırıblar! Düzdü hər saat gəlib qızdırma ölçürlər,amma nə fayda?! 3 gündü burdayıq, hələ gəlib rentgen etməyiblər! Bu üç gündə bəlkə məndə proses gedir??? Bu gün axsham saatlarında anamı da bura gətiriblər, ağciyərində artıq proses gedir, öskürür( dava dərmanı ilə gəldiyi halda biz 3-4 saatdı burada bir həkim və ya tibb bacısı tapa bilmirik, iynəsini vursun deyə( Kimə müraciət edirsən “bu mənim işim deyil” cavabını eşidirik. Mənim bura gətirilməyimi bir mənalı qarşıladım, lakin anamın bura gətirilməsinə etiraz edirəm! Yaşı risk altında olanlardandır.”

 

Gununsesi.org

COMMENTS