
Türkiyədə hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki hərbçi həlak olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Konya-Ankara yolunun 15-ci kilometrliyində baş verib.
Məlumata görə, qatı dumanda hərbi maşın TIR-la toqquşub.
Qəzada həlak olanlardan biri zabitdir. Daha 2 hərbçi isə yaralanıb.
Gununsesi.info