Hacı Mövsüm azadlığa çıxdı

Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədov azadlığa çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Onun bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxıldığı bildirilir.

HTML tutorial

Qeyd edək ki, 2011-ci ildə həbs olunan Mövsüm Səmədov 12 il həbs cəzası almışdı.

M.Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.

Gununsesi.info