
Küveyt ilk peykini yanvarın 3-də orbitə çıxarmağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Küveytin “Kuna” agentliyi məlumat yayıb.
Peyk ABŞ-ın Florida ştatındakı platformadan buraxılacaq. “Kuwait Sat-1” adlanan peyk orbitə buraxıldıqdan təxminən 4 saat 2 dəqiqə sonra, öz missiyasını yerinə yetirməzdən əvvəl yerüstü stansiyaya ilk siqnal göndərəcək.
Peyk yer kürəsinin ətrafında fırlanacaq və görüntüləri ekspert qrupu tərəfindən analiz üçün göndərən yüksək keyfiyyətli kameraya malikdir.
Gununsesi.info