AzTV Azərbaycanda ən ağır koronavirus xəstələrinin görüntülərini yaydı –VİDEO

AzTV Azərbaycanda ən ağır koronavirus xəstələrinin görüntülərini yaydı –

AzTV-də növbəti dəfə Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanalardan birindən görüntülər paylaşılıb.
Bu dəfə lentə alınan şəxslər ölkədə ən ağır koronavirus xəstələridir.
TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstələrdən 5-i süni tənəffüs aparatına bağlıdır, vəziyyətləri kritikdir. Onun sözlərinə görə, şöbələrdə və intensiv terapiya blokunda yatanlarla bərabər vəziyyəti ağır olan 17 xəstə var.
Süjet AzTV-nin “Xəbərlər” informasiya proqramında efirə gedib.
Qeyd edək ki, AzTV-nin əməkdaşları bundan əvvəl də koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalardan reportajlar hazırlayıb.


Gununsesi.org

COMMENTS