Ermənistan parlamenti TRIPP layihəsini müzakirəyə çıxarır – TARİX

  • Müəllif: Orxan
  • 12 Oktyabr 2026 14:30

TRIPP layihəsi oktyabrın sonunda Ermənistan parlamentində müzakirəyə çıxarıla bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, proses davam edir. Müvafiq prosedurlar başa çatdıqdan sonra nazirlik sənədi ratifikasiya üçün təqdim edəcək. Dəqiq vaxt deyə bilmərəm, lakin təxminən oktyabrın sonuna planlaşdırılır”, – deyə o qeyd edib.

Gununsesi.info