Azərbaycanda ən yüksək maaşı onlar alır - FOTO

  • Müəllif: Firuzə
  • 12 Oktyabr 2026 12:48
Ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb.Gununsesi.info xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.

Qeyd olunur ki, bu məbləğ 4207.2 manat təşkil edib.

Maliyyə-sığorta sahələrində çalışanların orta əməkhaqqısı 3102.1 manat olmaqla siyahıda ikinci, informasiya-rabitə sahələrində isə 2130.2 manat olmaqla üçüncü yerlərdə qərarlaşıb.

Ən aşağı ortaaylıq əməkhaqqı isə 749 manat olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb.