
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Ermənistana gəlib.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o Yerevanda baş nazir Nikol Paşinyan, güc strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək.
Danışıqlar zamanı əsas məsələ Azərbaycan-Ermənistan sərhədində, xüsusən Kəlbəcər rayonunda periodik olaraq yaranan gərginliyin müzakirəsi olacaq.