Müzəffər Ali Baş Komandan, möhtərəm, cənab prezident İlham Əliyev ərazi bütövlüyümüzün və bütün Qarabağda süverenliyimizin təmin edilməsində olduqca ciddi əhəmiyyət daşıyan daha bir tarixi qələbəyə imza atdı.
“23 Aprel 2023 – cü ildə Azərbaycanın Ermənistanla əsas sərhəd keçid yolunun başlanğıcında keçid buraxılış məntəqəsinin açılışı 10 Noyabr 2020 – ci il qələbəmizin davamı və məntiqi sonluğudur.”
Gununsesi.info bildirir ki, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Partiya sədri daha sonra əlavə edib:
“Prezident İlham Əliyevin çoxgedişli diplomatik məharəti, yumşaq güclə sərt gücün zərgər dəqiqliyi ilə uzlaşdırılması, cinayətkarların və onları himayə edənlərin nəfəs borusunun ustalıqla daraldılması, Ermənistanı öz iradəsinə tabe etdirmək bacarığı gözlənilən bəhrəni verdi. Xankəndi və onun ətrafında məskunlaşan seperatçılara silah – sursatın və terrorçuların daşınmasına birdəfəlik son qoyulması prosesi başa çatdı.
Növbə Ermənistan və Rusiya sülhməramlı kontingentinin birgə silahlandırdıqları on minlik terrorçunun tərkisilah edilməsi, beynəlxalq səviyyəli dələduz Vardanyanı, müharibə canisi olan Artunyanı və onun ətrafını müqəddəs torpaqlarımızdan təmizləməkdir. O da, uzaqda deyil və an məsələsidir. Beləliklə, tarixi torpaqlarımızın 1828 – ci ildən başlayan təcavüzünə son qoymağın birinci mərhələsi başa çatmaqdadır.
Xalqımızı növbəti qələbələrə aparan Müzəffər Ali Baş Komandan, Dünya çaplı siyasətçi, mahir diplomat və dövlət xadimi, möhtərəm cənab prezident İlham Əliyevə eşq olsun! “

Fəzail Ağamalı,
Millət Vəkili, Ana Vətən Partiyasının sədri.
23 Aprel 2023 – cü il
Millət Vəkili, Ana Vətən Partiyasının sədri.
23 Aprel 2023 – cü il
Gununsesi.info