Elçin Sadiqov Avropa İttifaqının səfiri ilə görüşüb

Bir neçə gün əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılan tanınmış vəkil Elçin Sadiqov Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya məlumat verən Elçin Sadiqovun sözlərinə görə, görüşdə Azərbaycanda insan hüquqlarının vəziyyəti və özünün kollegiyadan kənarlaşdırılması ilə bağlı məsələ müzakirə mövzusu olub.

 

 

Şəbnəm

Gununsesi.info