“Elə gözləyirlər ki, büdcədən ayrılan pulu xərcləsinlər” -Deputat

“Bu gün bələdiyyələrlə bağlı problemlər göz qabağındadır. Bələdiyyələrin sayı ilə bərabər, bələdiyyə üzvlərinin də sayı azaldılmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında sədr Siyavuş Novruzov bildirib.

HTML tutorial

“Elə bələdiyyə var ki, onun 1500 üzvü, eləsi də var ki, 19 üzvü var. Bu, düzgün deyil. Digər tərəfdən maliyyə problemi də aktualdır. Bəzi şeylər var ki, onlar gözləmir. Bir sakin xəstədirsə, maliyyə problemini gözləmək olmaz. Eyni zamanda bələdiyyələrdə davranış qaydaları da toxunmaq lazımdır. Bələdiyyə sədrlərinin davranışları tənzimlənməlidir.

Bundan başqa onların elektron sistemə keçidi də vacibdir. Mən deyə bilərəm ki, kənd bələdiyyələrinin imkanı şəhər bələdiyyələrinin imkanlarından çoxdur. Onlar elə gözləyir ki, dövlət büdcəsindən nəsə maliyyə yardımı ayrılsın, onu xərcləsinlər. Amma onların torpaq sahələri də var ki, onlardan istifadə edə bilərlər”,- deyə deputat çıxışında vurğulayıb.

Gununsesi.info