Ötən ayın sonunda Efiopiyada baş verən toqquşmalarda ən azı 86 nəfər həlak olub.
Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.
“Həlak olanlardan 82-i kişi, 4-ü qadındır”, – deyə Abiya Əhməd bildirib. O, qeyd edib ki, ölənlərin əksəriyyəti Oromiya və Amhara əyalətlərinin sakinləridir.
Toqquşma qurbanları arasında xristianlar, müsəlmanlar da var”. “Biz o qüvvələri dayandırmalıyıq, hansılar ki, irəli addım atanda bizi keçmişə qaytarmağa çalışırlar”, – baş nazir deyib.
Efiopiyanın müxtəlif ərazilərində, ilk növbədə Oromiya əyalətində qarşıdurmalar oktyabrın 23-də başlayıb. Hakimiyyət orqanları yalnız 3 gün sonra vəziyyəti sabitləşdirməyə nail olub.
Gununsesi.org
COMMENTS