“Bavariya” baş məşqçisi Niko Kovaçı istefaya göndərib.
Gununsesi.org klubun saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Münhen klubunun rəhbərliyi komandanın Bundesliqanın 10-cu turunda “Ayntraxt”a 1:5 hesabı ilə uduzmasından sonra xorvatiyalı mütəxəssislə yolları ayırmağa qərar verib.
Kovaç 2018-ci ildən “Bavariya”nı çalışdırırdı.
Gununsesi.org
COMMENTS