Gələn il metroda gediş haqqı bahalaşa bilər

Gələn il metroda gediş haqqı bahalaşa bilər

Tanınmış iqtisadçı Qubad İbadoğlu 2020-ci ildən metroda gediş haqqının bahalaşacağını yazıb: “Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumatı açıqlayıb. 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılılıq edir. Qeyd edim ki, cari il üçün “Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyəti üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması böyük ehtimalla metroda gediş haqlarının artırılmasına hesablanmış dəyişiklikdir”.

 

Gununsesi.org

COMMENTS