Afrikanın qərbindəki Qvineya körfəzində Norveçin “J.J.Ugland” gəmiçilik şirkətinə məxsus “MV Bonita” gəmisindən 9 dənizçi qaçırılıb.
Gununsesi.org BBC-yə istinadən xəbər verir ki, dəniz quldurları gəminin 8 ekipaj üzvünü və kapitanını qaçıraraq naməlum istiqamətdə aparıblar.
Norveç şirkətinin yaydığı məlumata görə, digər ekipaj üzvləri tam təhlükəsiz vəziyyətdədir, faktla bağlı araşdırma aparılır.
Qeyd olunur ki, qaçırılanların hamısı Filippin vətəndaşıdır.
Gununsesi.org
COMMENTS