Sabirabadda 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Sabirabad sakini dəm qazının qurbanı olub.

Gununsesi.info “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Gununsesi.info