Taksi sürücüləri üçün cərimə qanunu parlamentdə

  • By admin
  • 13 İyun 2023 08:37

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin taksi fəaliyyəti ilə bağlı yeniliklərin olacağına, xüsusilə qiymətlərin bahalaşacağına dair açıqlamasının ardınca parlamentə yeni qanun layihəsi daxil olub.

Gununsesi.info-nun əldə etdiyi layihə İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi artıq parlamentə daxil olub. 

HTML tutorial

Həmin dəyişikliyə əsasən icazəsiz taksi fəaliyyəti və daşıma həyata keçirənləri ağır cərimələr gözləyir.

İXM-nə ediləcək dəyişikliyi təqdim edirik:

Maddə 324. İcazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması

324.1. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə –

vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində  cərimə edilir.

324.2. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə

əlli manat məbləğində cərimə edilir.

324.3. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə –

vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində  cərimə edilir.

324.4. Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə

əlli manat məbləğində cərimə edilir.

324.5. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasınıntəşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə –

vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində  cərimə edilir.

324.6. Bu Məcəllənin 324.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində  cərimə edilir.

324.7. Bu Məcəllənin 324.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə

səksən manat məbləğində cərimə edilir.

324.8. Bu Məcəllənin 324.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində  cərimə edilir.

324.9. Bu Məcəllənin 324.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

yüz manat məbləğində cərimə edilir.

324.10. Bu Məcəllənin 324.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində  cərimə edilir.”;

1.4. aşağıdakı məzmunda 324-1324-3-cü  və 326-2-ci maddələr əlavə edilsin:

“Maddə 324-1. Beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından (jurnallarından) istifadə qaydalarının pozulması

3241.1. “İcazə” blankının (jurnalının) doldurulmasızamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının)başqa şəxsə ötürülməsinə görə

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

3241.2. Bu Məcəllənin 3241.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə

fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Maddə 324-2. Hazırlıq keçməmiş sürücülərinavtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına cəlb edilməsi

324-2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə

vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

324-2.2. Bu Məcəllənin 324-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə

vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində cərimə edilir.

Maddə 324-3. Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarınınyerinə yetirilməsi

324-3.1. Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə

dörd yüz manat məbləğində cərimə edilir.

324-3.2. Bu Məcəllənin 324-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

min manat məbləğində cərimə edilir.”;

Maddə 326-2. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması

326-2.1. İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə –

vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.

326-2.2. Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə –

vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.

326-2.3. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə –

vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.

326-2.4. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyatvasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinəgörə

vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.;

1.5. 326-1-ci maddənin adından, 326-1.1-ci maddənin birinci abzasından və 326-1.2-ci maddədən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın.

 

Afət Abbasova

Gununsesi.info