
Prezident İlham Əliyev Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, dəyişikliyə əsasən, Mülki Məcəlləsinin 35.1-ci maddəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilib və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir”.
Gununsesi.info