Dünyanın ən məşhur tapançasının ixtiraçısı vəfat etdi

Dünyanın ən məşhur tapançası “Glock”un ixtiraçısı, avstriyalı mühəndis və iş adamı Qaston Qlok 94 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, “Silah kralı” sayılan Qaston Qlok 1963-cü ildə Aşağı Avstriya əyalətində “GLOCK” şirkətini qurub və 1970-ci illərdə Avstriya ordusu üçün süngülər istehsal edib.

1980-ci illərin əvvəllərində tapança bazarında “inqilab” edən mühəndis Qlok bütün dünyada hüquq-mühafizə orqanları tərəfindən ən çox tanınan və ən çox istifadə edilən tapançalardan biri olan yarı avtomatik “Glock” markalı tapança hazırlayıb.

Şirkətin məlumatlarına görə, ABŞ-da federal, əyalət və yerli təhlükəsizlik orqanlarının 65 faizindən çoxu Glock markalı tapançalardan istifadə edir.

Gununsesi.info