Avropa Komissiyasının keçmiş sədri vəfat edib

Avropa Komissiyasının keçmiş sədri Jak Delor (1985-1995) 98 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken X sosial media platformasında yazıb.

Dövlət katibi qeyd edib ki, Avropa Komissiyasının keçmiş sədri Jak Delor bütöv və azad Avropa ideyasına yorulmadan xidmət etməklə Avropanı dəyişdirib.

“Biz bu baxışa və transatlantik əlaqələrimizin gücünə inanmağa davam etməklə onun irsinə hörmətlə yanaşırıq”, – Blinken əlavə edib.

Daha əvvəl qızı Martine Aubry Delorun çərşənbə günü səhər Parisdəki evində öldüyünü söyləyib.

Gununsesi.info