Sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı 

Bu gün sosial şəbəkədə taksi sürücüsünün gənc qıza əxlaqsız təklifi ilə bağlı video yayılıb.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlama verib.

HTML tutorial

O bildirib ki, 1972-ci il təvəllüdlü sürücü müəyyən olunaraq saxlanılıb:

“Barəsində inzibati icraat işi açılıb. Araşdırma aparılır”.

Gununsesi.info