
Braziliyalı futbolçu Pelenin qızı Keli Naskimento atası ilə bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə media hesabında yazıb.
Yazıda, “Vaxt uçub gedir. Xoşbəxt anlar əbədidir”, – deyə qeyd olunub.
Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən 82 yaşlı Pelenin xəstəliyi daha da irəliləyib. Üstəlik onun ürək çatışmazlığı da var.
Gununsesi.info