Deputatlar Avropaya gedir

Milli Məclisin bir qrup deputatı mayın 8-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Gununsesi.info xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Nurlan Həsənov Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

HTML tutorial

Bundan əlavə deputat Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) konfransında iştirak etmək üçün mayın 8-də İsveçrənin Bern şəhərinə səfər edəcək.

Konfrans “Böhran dövründə seçkilər: çağırışlar və imkanlar” mövzusuna həsr olunub. Tədbirdə koronavirus (COVİD-19) pandemiyasının, təbii fəlakətlərin və silahlı münaqişələrin seçkilərə təsiri ilə bağlı müzakirələr aparılacaq.

 

Gununsesi.info