ABŞ qırıcısı qəzaya uğradı - FOTO

Cənubi Koreyada təlim zamanı ABŞ-nin F-16 qırıcısı qəzaya uğrayıb.

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, təyyarə Amerikanın böyük Osan aviabazasının yaxınlığındakı əkin sahəsinə düşüb. Pilot katapult edərək sağ qurtula bilib və xəstəxanaya aparılıb.

HTML tutorial

İnsident nəticəsində mülki şəxslər xəsarət almayıblar. Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.

Qeyd edək ki, Osan aviabazası Şimali Koreya ilə sərhəddən 64 km aralıda yerləşir. Burada Birləşmiş Ştatların Hərbi Kosmik Qüvvələrinin bölməsi yerləşir.

Gununsesi.info